Türkiyədə Fransa vətəndaşı olan qadın terrorçu saxlanıldı - Foto

turkiyede-fransa-vetendasi-olan-qadin-terrorcu-saxlanildi
Oxunma sayı: 1585

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan İŞİD üzvü Fransa vətəndaşı Sara Talıb Türkiyənin Ankara şəhərində saxlanılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ankara polisinin axtarış-əməliyyat tədbirləri nəticəsində Talıbın xaricə qaçmaq üçün Fransa səfirliyinə müraciət edəcəyi müəyyən olunub.

Polisin izləməsi nəticəsində Talıb səfirlik binasına 200 metr qalmış saxlanılıb. Onun barəsində istintaq prosesinin davam etdiyi bildirilib.