Türkiyənin Bodrum vilayətində dünyaca məşhur şəxslərin dincəldiyi “Çilek Beach Club” və “Sess Beach Club”a silahlı hücum olub.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Xəsarət alanlardan biri aktyor və aparıcı Jess Molhonun xanımı Zeyneb Molho olub. Bildirilir ki, yaralanan qadının bir qabırğası qırılıb, qəlbə dərinin altında qalıb.
Xəstəxanaya yerləşdirilən Z. Molho əməliyyat olunacaq.
Polis insidenti törədən silahlı şəxsi axtarır.
Son xəbərlər
Son Xəbərlər