Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər - Foto

turkiyede-girov-goturulen-fabrik-iscileri-azad-edildiler
Oxunma sayı: 3044

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Kocaeli şəhərində silahlı şəxs fabrik binasına basqın edərək oradakı şəxsləri girov götürüb.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, 7 işçini girov götürən silahlı hüquq-mühafizə orqanlarına təslim olub.

Məlumata görə, o, təxminən 10 saatlıq danışıqlardan sonra girovları azad edib.

Həmin şəxs saxlanılıb.