Türkiyədə güclü zəlzələ oldu

turkiyede-guclu-zelzele-oldu
Oxunma sayı: 4366

Türkiyənin Elazığ şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, zəlzələnin episentri yer səthinə çox yaxın - 2,8 km dərinlikdə yerləşib.

Yeraltı təkan Malatyada da hiss edilib. Əhali təşvişlə küçələrə qaçıb.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.