“Türkiyədə günah görmürəm” - Tramp

turkiyede-gunah-gormurem
Oxunma sayı: 2017

ABŞ prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasından danışıb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, AĞ Ev rəhbəri buna görə Türkiyə hökumətini günahlandırmadığını deyib: “Mən Türkiyədə günah görmürəm. Çünki başqa digər problemlər də var”.

Tram bildirib ki, ABŞ çox asanlıqla Amerikanın F-35 qırıcılarını digər ölkələrə sata bilər.

Amerikalı lider S-400-lərin alınmasına görə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı qərarın dəqiq nə vaxt açıqlanacağını deməyib.