Türkiyədə gündəlik yoluxma sayı 17 minə çatır

turkiyede-gundelik-yoluxma-sayi-17-mine-catir
Oxunma sayı: 1200

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 71 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 158 min 386 koronavirus testi aparılıb, onlardan 16 min 749-u müsbət çıxıb.

Ağır xəstə sayı 1474-dür.

17 min 893 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 734 min 862-yə yüksəlib.