Türkiyədə gündəlik yoluxma sayı 21 mini ötdü

turkiyede-gundelik-yoluxma-sayi-21-mini-otdu
Oxunma sayı: 1046

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 87 nəfər pandemiyadan ölüb.

Gün ərzində 187 min 859 koronavirus testi aparılıb, onlardan 21 min 30-u müsbət çıxıb.

Ağır xəstə sayı 1547-ə çatıb.

Bu gün 18 min 119 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 788 min 757-yə çatıb.