Türkiyədə gündəlik yoluxma sayı 45 minə çatır

turkiyede-gundelik-yoluxma-sayi-45-mine-catir
Oxunma sayı: 1097

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 186 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 249 min 126 koronavirus testi aparılıb, onlardan 44 min 756-sı müsbət çıxıb.

23 min 214 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 82 min 676-ya yüksəlib.

Ağır xəstə sayı 2 min 231-dir.