Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 258 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 304 min 492 koronavirus testi aparılıb, onlardan 55 min 941-i müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 615-dir.
37 min 914 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 232 min 892-yə yüksəlib.

Son xəbərlər
Son Xəbərlər