Türkiyədə günün ikinci partlayışı - 4 ölü, 10-dan çox yaralı + Yenilənib

turkiyede-gunun-ikinci-partlayisi
Oxunma sayı: 4331

Mayın 12-də gecə saatlarında Diyarbəkirdə partlayış olub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbəkirin Sur vilayətində güclü partlayış baş verib.

Əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Qeyd edək ki, ilk partlayış İstanbulun Sancaqtəpə rayonunda olub. Hərbi obyektlərdən birinin yaxınlığında bombalı avtomobil partladılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

***

Partlayışın Surun Sarıqamış məhəlləsində evlərdən birində partlayıcı hazırlandığı anda baş verdiyi təxmin edilir. 

***

NTV-nin xəbərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 10-dan artıq insan yaralanıb. 

Telekanal partlayıcının yük maşınına yerləşdirildiyi zaman partladığını bildirib.