Türkiyədə günün ikinci zəlzələsi - Yenilənib

turkiyede-gunun-ikinci-zelzelesi
Oxunma sayı: 902

Türkiyənin Antalya şəhərində zəlzələ baş verib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, 3,4 maqnitudalı zəlzələ Türkiyə vaxtı ilə saat 16:36-da Antalyanın Kaş vilayətinə bağlı Kalkan diyarında qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb. 

***

“Haberturk” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 20:28-də Ərzurum şəhərinin Aşkale rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın ocağı 1,3 km dərinlikdə yerləşib.