Türkiyədə hava şəraitinə görə uçuşlar azaldıldı

turkiyede-hava-seraitine-gore-ucuslar-azaldildi
Oxunma sayı: 1641

Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Sabiha Gökçen Beynəlxalq Hava Limanında bəzi uçuşlar ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, Sabiha Gökçen Beynəlxalq Hava Limanı açıqlama yayıb.

“Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarı ilə Sabiha Gökçen Hava Limanında gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 20 fevralda reyslərin 10 faizi, 21 fevralda isə 15-i ləğv ediləcək. Bütün sərnişinlərə uçuşlarla bağlı hava limanları və aviaşirkətin veb-saytlarını izləmələri tövsiyə olunur”, - məlumatda qeyd olunub.