İstanbulun Əsənlər səmtindəki “Metris” qap tipli cəzaçəkmə müəssisəsində yanğın baş verib.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 məhkum və 1 həbsxana işçisi qatı dumandan zəhərlənib
Hadisə yerinə çoxlu sayda təcili yardm briqadaları, yanğınsöndürənlər və polislər cəlb edilib. Ərazi nəzarətə götürülüb, xəssrət alanlar xəstəxanaya yerləşdirilib.
Oğurluq maddəsi ilə saxlanılanların kamerasında başlayan yanğın genişlənmədən söndürülüb.
Yanğının səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
Son Xəbərlər