Türkiyədə həkimlər özlərini hücumdan belə qorudular - Video

Türkiyədə həkimlər özlərini hücumdan belə qorudular
Oxunma sayı: 2615

Türkiyədə tibb işçilərinə hücumu əks etdirən görüntülər ölkədə gündəm olub.

“Qafqazinfo”nun xəbərinə görə, Ankaranın Keçiören rayonunda bərbərxanada olan iki qardaş – Fırat Ö. ilə Əhməd Ö. silahlı hücuma məruz qalıblar.

Keçiören Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən qardaşlardan birini xilas etmək mümkün olmayıb.

Xəstəxanaya gələn mərhumun qohumları əməliyyatxanaya girərək həkimlərə hücum etmək istəyiblər. Bu zaman qapı arxasında olan tibbi heyət bir olaraq özlərini qorumağa çalışıblar.

Polisin müdaxiləsi ilə insidentin qarşısı alınıb.

Həmin anın görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra, Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter mikrobloqunda paylaşım edərək göstərilən şiddəti sərt şəkildə qınayıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi