Türkiyədə helikopter qəzasında 12 nəfər ölüb - Yenilənib

turkiyede-helikopter-qezasinda-12-nefer-olub
Oxunma sayı: 1116

Türkiyənin Tunceli vilayətində polisləri daşıyan helikopter qəzaya düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 11 polis, hakim və prokurorluq əməkdaşı olub. 

Ölən və yaralananlarla bağlı məlumat yoxdur. Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir. Helikopterin qəzaya düşdüyü ərazinin dağlıq olması axtarış tədbirlərini çətinləşdirib. 

***

Son məlumata görə, düşən helikopterdən 112-yə zəng edilib və yaralıların olması ilə bağlı yardım göndərilməsi istənilib.

***

“Milliyet” xəbər verir ki, helikopterin göyərtəsində 1 hakim, 7 polis, 1 starşina və 3 ekipaj üzvü olmaqla 12 nəfər olub və onların hamısı həlak olub. 

Qəzanın qurbanı olan şəxslərin adları artıq açıqlanıb.