Türkiyədə hərbçilər qəzaya düşdü - 14 yaralı

turkiyede-herbciler-qezaya-dusdu
Oxunma sayı: 1286

Türkiyənin Eskişehir şəhərində sərnişin avtobusu, mikroavtobus və hərbi avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.

Onlardan 12-nin hərbçi olduğu bildirilir. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Qəzaya səbəb sərnişin avtobusunun mikroavtobusla hərbçiləri daşıyan avtomobilə çırpılması olub.