Türkiyədə hərbçiləri daşıyan maşın aşdı - 1 ölü, 3 yaralı

turkiyede-herbcileri-dasiyan-masin-asdi
Oxunma sayı: 1143

Türkiyənin Tokat bölgəsində hərbçiləri daşıyan xidməti avtomobil aşıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 əsgər həlak olub, daha 3-ü isə yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb yolun buzlu olması olub.