Türkiyənin Adana şəhərinin Kozan rayonunda hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, qəza zamanı 1 zabit və 1 çavuş həlak olub, 3 əsgər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Qəzadan sonra hadisə yerinə gedən Adana valisi Süleyman Elban qəzanın mülki avtomobilin qırmızı işıqda keçərək qaydanı pozması nəticəsində baş verdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər