Türkiyədə hərbi hissədə ard-arda partlayış oldu - 14 yaralı var+Video

turkiyede-herbi-hissede-ard-arda-partlayis-oldu
Oxunma sayı: 1111

Türkiyənin Şanlıurfa şəhərində Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayışlar olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, silah-sursat saxlanılan ərazidə baş vermiş 2 partlayış nəticəsində 14 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Müdafiə Nazirliyi yaydığı açıqlamada partlayışdan sonra başlanan yanğının nəzarətə götürüldüyünü və bölgədə təhlükəsizliyin təmin edildiyini bildirib.

Partlayışın səbəbi araşdırılır.