Türkiyədə hərbi hissəyə bombalı hücum - 5 yaralı

turkiyede-herbi-hisseye-bombali-hucum
Oxunma sayı: 1817

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda yerləşən Əsgərlik Şöbəsi və Polis Bölməsinə gecə saatlarında PKK-çılar tərəfindən bombalı hücum həyata keçirilib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bölməyə yaxın ərazidə bombalı avtomobilin partladılması nəticəsində ikisi əsgər olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı təcili yardım avtomobilləri cəlb olunub.