Türkiyədə hərbi maşın aşdı - 11 yaralı

turkiyede-herbi-masin-asdi
Oxunma sayı: 1480

Türkiyədə - Şırnak-Cizrə avtomagistralında hərbi maşın aşıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 11 hərbçi yüngül xəsarətlər alıb.

Bölgədəki xəstəxanalara yerləşdirilən hərbçilərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyədə hərbi helikpter qəzaya uğrayıb. Nəticədə, biri general-leytenant Osman Erbaş olmaqla, 11 hərbçi şəhid olub, ikisi yaralanıb.