Türkiyədə hərbiçilərin avtomobili aşdı - 2 ölü, 7 yaralı + Fotolar

turkiyede-herbicilerin-avtomobili-asdi
Oxunma sayı: 1008

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi avtomobil aşıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Dərəcik bölgəsi istiqamətində hərəkətdə olan avtomobil döngədə sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 2 əsgər dünyasını dəyişib, 5-i ağır olmaqla 7 əsgər isə yaralanıb.

Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.