Türkiyədə hökumət binası yaxınlığında - Bomba yüklü maşın tapıldı

turkiyede-hokumet-binasi-yaxinliginda
Oxunma sayı: 3550

Türkiyəda dünən Hökumət Evi yaxınlığında bomba yüklü avtomobil aşkar edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis Diyarbəkir vilayətində Hökumət Evi yaxınlığındakı avtomobildə bomba olması ilə bağlı bildiriş aldıqdan sonra axtarışa başlayıb. Araşdırma nəticəsində şübhəli avtomobildə çoxlu sayda bomba aşkarlanıb. Əraziyə bombanı zərərsizləşdirmək üçün mütəxəssislər çağırılıb, daha sonra avtomobil ərazidən uzaqlaşdırılıb.