Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb kanalın nəzdində fəaliyyət göstərən “Fox Life”da Amerika istehsalı olan “Jane The Virgin” serialını yayımlaması olub.
Qeyd olunub ki, sözügedən ekran işində həmcinslərin münasibətləri qabardılıb və bu, türk milli-mənəvi dəyərlərinə ziddir. Həmçinin, RTÜK televiziyanı cəmiyyətin əxlaq dəyərlərini heçə saymaqda ittiham edib.
Şura serialı dayadırmaq və yüksək məbləğdə cərimələnməsi barədə qərar çıxarıb.
Son xəbərlər
Son Xəbərlər