Türkiyədə “Hürjet” hərbi təyyarəsi ilk uçuşunu edib

turkiyede-hurjet-herbi-teyyaresi-ilk-ucusunu-edib
Oxunma sayı: 2059

Türkiyə istehsalı olan “Hürjet” reaktiv hərbi təyyarəsi ilk uçuşunu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tviter hesabında açıqlayıb. 

Onun sözlərinə görə, ölkənin ilk yerli və milli reaktiv təyyarəsi uçuşunu uğurla başa vurub. 

Qeyd edək ki, “Hürjet” “Turkish Aerospace Industries” (TAI) şirkəti tərəfindən hazırlanıb. Təyyarə 12 metr uzunluğa, 1 reaktiv mühərrikə sahibdir. “Hürjet”in maketi isə 2018-ci ildə təqdim edilib.