Türkiyədə içərisində əsgərlər olan bina çökdü

turkiyede-icerisinde-esgerler-olan-bina-cokdu
Oxunma sayı: 2731

Türkiyədə içərisində əsgərlərin olduğu bina çöküb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçulara qarşı əməliyyatların davam etdiyi bir vaxtda Xüsusi Qüvvələr Komandirliyi hərbçilərinin də içərisində olduğu bina məlum olmayan səbəbdən çöküb. Uçqun altında qalan 9 nəfər xilas edilsə də, 3 nəfərin qurtarılması üçün işlər davam etdirilir.

Qeyd edək ki, Diyarbəkirin Sur vilayətində ötən ilin dekabrından başlayaraq küçəyə çıxmaq qadağası qoyulub və terrorçulara qarşı əməliyyatlar davam etdirilir.