Türkiyədə ictimai nəqliyyatda maska məcburiyyəti ləğv edildi

turkiyede-ictimai-neqliyyatda-maska-mecburiyyeti-legv-edildi
Oxunma sayı: 1317

Türkiyədə maska məcburiyyəti aradan qaldırılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı qərarı səhiyyə naziri Fahrettin Koca elan edib. O bildirib ki, ardıcıl 3 gün ərzində yoluxma sayı mindən aşağı olub. Bu çərçivədə, ictimai nəqliyyatda maska tələbi aradan qaldırılır: 

“Xəstəxanalar istisna olmaqla, maska artıq məcburi deyil. Ancaq bütün bu təcrübədən sonra, xüsusən də izdihamlı qapalı yerlər üçün maskamızı özümüzlə götürə bilərik”.