Türkiyədə iki ailə arasında atışma - Ölən və yaralananlar var

turkiyede-iki-aile-arasinda-atisma
Oxunma sayı: 783

Türkiyənin Şanlıurfa vilayətində iki ailə arasında silahlı münaqişə baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarla sulama üstündə düşən mübahisə qanlı dava ilə nəticələnib.

Hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Davada iştirak edənlər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.