Türkiyədə iki ailənin qan davası 6 nəfərin ölümünə səbəb oldu

turkiyede-iki-ailenin-qan-davasi-6-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 2911

Türkiyədə Adıyamanın Kahta rayonunda iki ailə arasında çıxan silahlı münaqişədə altı nəfər ölüb, üçü yaralanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, iki ailənin nümayəndələri arasında rayonun Doluca kəndi yaxınlığında silahlı insident baş verib.

Bildirilib ki, hadisə yerli vaxtla saat 16:00 radələrində qeydə alınıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.