Türkiyədə iki hərbi bazaya dronla hücum

turkiyede-iki-herbi-bazaya-dronla-hucum
Oxunma sayı: 3465

Türkiyənin Batman şəhərində iki hərbi obyektə dronla hücum olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Pilotsuz təyyarələrin və Şırnakdakı 23-cü Piyada Diviziyasının komandanlığının yerləşdiyi Batmandakı bazamıza dron vasitəsilə hücum olunub”,- deyə Soylu qeyd edib.

Dronlar zərərsizləşdirilib, itkinin olmadığı bildirilir.

Bu, son üç gündə Türkiyənin hərbi obyektlərinə edilən ikinci belə hücumdur. Belə ki, mayın 19-u Türk Hava Qüvvələrinin Diyarbəkirdəki bazasına uzaqdan idarə olunan maket təyyarə vasitəsilə hücum cəhdi olmuşdu.