Türkiyədə iki qadın terrorçu öldürüldü

turkiyede-iki-qadin-terrorcu-olduruldu
Oxunma sayı: 1492

Türkiyədə iki terrorçu qadın öldürülüb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Çevik Qüvvə Şöbə Müdirliyinə hücum edən terrorçular polisin keçirdiyi əməliyyat nəticəsində binada mühasirəyə alınıblar. Qadınlar “təslim ol” çağırışlarına məhələ qoymadığı üçün polis qapını partladıcı ilə qıraraq içəri daxil olub. Ərazidə bir müddət partlayış və silah səsləri eşidilib. Yaxınlıqdakı binaların sakinlərinə evlərini tərk etməmək xəbərdarlığı edilib.

Hücumda bir polis məmurunun qolundan yaralandığı bildirilir.