Türkiyə Ali Seçki Şurası (YSK) Dənizli şəhərinin Honaz qəsəbəsində bələdiyyə seçkilərinin yenidən keçirilməsinə qərar verib.
“Qafqazinfo” “Sputniknews”a istinadən xəbər verir ki, seçki 2 iyunda keçiriləcək.
Qeyd edək ki, 31 martda keçirilmiş seçkinin nəticəsinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Yüksəl Kəpənək 9389 səslə qalib gəlmişdi. Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Turqut Dəvəçioğlu isə 9381 səs toplamışdı.
AKP-nin seçkinin nəticəsi ilə bağlı etirazından sonra aparılan təkrar sayımda səs fərqi 3-ə, növbəti sayımda isə 1-ə enmişdi.
***
“Anadolu” agentliyinin məlumatına görə, Ali Seçki Şurası AKP-nin etirazını dəyərləndirərək Qırıqqala rayonunun Kəskin qəsəbəsində də seçkilərin yenidən keçirilməsi barədə qərar çıxarıb.
Bu qəsəbədə İYİ Partiyanın namizədi Necati Alsancaq 1806, AKP-nin namizədi Dədə Yıldırım isə 1799 səs toplamışdı.
Kəskin qəsəbəsində də təkrar seçki 2 iyunda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər