Türkiyədə ilin toyuna saatlar qaldı - Əsas yollar bağlandı...

turkiyede-ilin-toyuna-saatlar-qaldi
Oxunma sayı: 3140

Türkiyə prezidenti Ərdoğanın qızı Sümeyyanın bugünki toy mərasimi ilə əlaqədar İstanbulda ciddi hazırlıq işlərinə başlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sümeyya Ərdoğanla Selcuk Bayraktarın Yahya Kemal Beyatlı konsert mərkəzindəki toyuna görə bir çox yollarda avtomobillərin hərəkətinə qadağa qoyulub.

Yerli vaxtla saat 15:00-da baş tutacaq mərasimə hazırlıqlar gecədən başlayıb. Polislər konsert mərkəzinə çıxan bütün əsas yolları, həmçinin bəzi küçələri dəmir baryerlərlə bağlayıb.

Bomba mütəxəssisləri isə toyun keçiriləcəyi ərazidə partlayıcı maddə axtarışını həyata keçirib.