Türkiyədə ilk dəfə qadın admiral rütbəsinə yüksəldi

turkiyede-ilk-defe-qadin-admiral-rutbesine-yukseldi
Oxunma sayı: 3488

Türkiyədə ilk dəfə qadın admiral təyin olunub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, həmin qərar ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ali Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.

Bildirilib ki, Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəldilib.