Türkiyədə illər sonra “Wikipedia”ya giriş bərpa edildi

turkiyede-iller-sonra-wikipediaya-giris-berpa-edildi
Oxunma sayı: 1885

Türkiyə höküməti ölkədə “Wikipedia” onlayn-ensiklopediyaya girişi bərpa edib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Məlumata əsasən, bununla bağlı Ankaranın birinci instansiya məhkəməsi qərar verib.

Xatırladaq ki, "Wikipedia"ya giriş 2017-ci ilin aprel ayının 29-u beynəlxalq arenada Türkiyənin imicinin pislənməsi kampaniyanın bir hissəsi olduğuna görə bağlanmışdı.