Türkiyədə inqilaba cəhd hadisələrindən 1 il ötür

turkiyede-inqilaba-cehd-hadiselerinden-1-il-otur
Oxunma sayı: 631

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi qanlı gecədən 1 il ötür.

“Qafqazinfo” xəbər verir ki, həminn gecədə inqilabçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələr axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı.

İnqilabçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş etməsi nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 inqilabçı ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi.

Səhər saatlarında isə FETÖ terrorçuları təslim olmuş və xalq dirənişi zəfər qazanmışdı.

Qeyd edək ki, hadisədən sonra 20 iyulda ölkədə fövqəladə hal vəziyyəti elan edilib və vaxtı bir neçə dəfə uzadılaraq bu günə qədər də davam etdirilib. 15 iyul hadisələri işi 170 minə yaxın şəxs şübhəli qismində saxlanılıb və 50 min nəfər barəsində həbs qərarı çıxarılıb.