Türkiyənin Siirt əyalətində yol təhlükəsizliyi mühafizəsi əməkdaşlarını ildırım vurub.
“Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, insident Eruh qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, ildirımın vurması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Digər 7 nəfərin vəziyyətinin stabil olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər