Türkiyədə “İnterpol”un axtardığı terrorçu saxlanıldı

turkiyede-interpolun-axtardigi-terrorcu-saxlanildi
Oxunma sayı: 1116

“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan PKK-çı Şanlıurfada saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən terror təşkilatı PKK / KCK-PYD / YPG adına Suriyadan Türkiyəyə qanunsuz insan keçirən, onları silah, partlayıcı maddə, sursatla təmin edən şübhəli izlənilib.

Hüquq-mühafizə orqanları həmin şəxsin “İnterpol” tərəfindən axtarıldığını, Şanlıurfa 2-ci Sülh Məhkəməsi və İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən “silahlı bir terror təşkilatına üzv olmaq”da ittiham olunduğunu təsbit edib.

Ceylanpınar ərazisində həyata keçirilən əməliyyat zamanı M.Ş.K. saxlanılıb.