Türkiyədə işçiləri daşıyan maşın aşdı - 15 yaralı

turkiyede-iscileri-dasiyan-masin-asdi
Oxunma sayı: 949

Türkiyənin Osmaniye şəhərində mövsümi işçiləri daşıyan yük avtomobili aşıb.

“Qafqazinfo” “DHA”ya istinadən xəbər verir ki, yük avtomobili Şanlıurfadan Çanaqqalaya doğru hərəkətdə olub.

Qəza nəticəsində 6-sı uşaq olmaqla 15 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.