Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirildi - Saxlanılanlar var

turkiyede-isid-e-qarsi-emeliyyat-kecirildi
Oxunma sayı: 1435

Türkiyənin İzmir şəhərində İŞİD-lə əlaqəsi olduğu bildirilən 20 şübhəli həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Bildirilib ki, təşkilatçılıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilən 20 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Axtarışlar zamanı silahlar, təşkilati nəşrlər və rəqəmsal materiallar da ələ keçirilib.