Türkiyədə karantin sərtləşdirilir

Türkiyədə karantin sərtləşdirilir
Oxunma sayı: 2020

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə 29 aprel tarixindən etibarən qüvvədə olan karantin qaydaları 7 may tarixindən etibarən sərtləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Karantin dövründə sıxlığın qarşısını almaq üçün 7 may tarixindən etibarən supermarketlər daxil olmaqla bütün marketlərdə yalnız əsas qida məhsulları, gigiyena məhsulları, ev heyvanları və kosmetika məhsullarının (ətir və makiyaj istisna olmaqla) satışına icazə veriləcək.

Elektronikanın, oyuncaqların, ofis ləvazimatları, geyim, avtomobil aksessuarları, qab-qacaq və bağ məhsullarının satışı qadağan ediləcək.

Bundan əvvəl isə Türkiyə DİN karantin dövründə marketlərdə alkoqol məhsullarının satışının qadağan olunacağını açıqlamışdı.