Türkiyədə keçmiş bələdiyyə sədri həbs edildi - Video

turkiyede-kecmis-belediyye-sedri-hebs-edildi
Oxunma sayı: 1135

Diyarəbəkirdə antiterror əməliyyatı zamanı HDP-li keçmiş bələdiyyə sədri Adnan Səlcuq Mızraklı həbs edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Mızraklı ilə birlikdə Bismil bələdiyyə sədri Orxan Ayaz da saxlanılıb.

Keçmiş sədr “terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilsə də, Orxan Ayaz məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.