Türkiyə Böyük Millət Məclisi (TBMM) prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. İclasda 488 deputat iştirak edib. Düzəlişlərin lehinə 339 səs, əleyhinə 142 səs verilib. 5 səs boş çıxıb, 2 səs isə etibarsız sayılıb.
AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.
Daha sonra Baş Nazir Binalı Yıldırım təşəkkür nitqi söyləyib.
Son xəbərlər
Son Xəbərlər