Türkiyədə koronavirus daha 117 nəfərin həyatına son qoydu

turkiyede-koronavirus-daha-117-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1331

Türkiyədə son sutka ərzində koronavirusdan 117 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19 qurbanlarının sayı 2 min 376-ya çatıb. 3 min 83 yeni yoluxma faktı aşkarlanıb. Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı 98 min 674 olub.

Son sutka ərzində 559 nəfər müalicəsini başa vuraraq evə buraxılıb.