Türkiyədə koronavirus qurbanlarının sayı 1000-i ötdü

turkiyede-koronavirus-qurbanlarinin-sayi-1000-i-otdu
Oxunma sayı: 1817

Türkiyədə bu gün koronavirusdan 98 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında deyib. Bununla da virus qurbanlarının sayı 1006 nəfərə yüksəlib.

Yoluxanların sayı isə 4747 nəfər artaraq 47 min 29 nəfər olub. Müalicə nəticəsində sağalanlar isə 2 min 423 nəfərdir.