Türkiyədə koronavirus qurbanlarının sayı 1198 oldu

turkiyede-koronavirus-qurbanlarinin-sayi-1198-oldu
Oxunma sayı: 1377

Türkiyədə Covid-19 qurbanlarının sayı daha 97 nəfər artaraq 1198-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb. Son 24 saatda isə 4 min 789 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı 56 min 956 olub.

Bu gün 481 nəfər Covid-19-dan sağalaraq evə buraxılıb.