Türkiyədə koronavirus qurbanlarının sayı 2600 oldu

turkiyede-koronavirus-qurbanlarinin-sayi-2600-oldu
Oxunma sayı: 1030

Türkiyədə son 24 saat ərzində 106 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da Covid-19 qurbanlarının sayı 2600 olub. 3 min 122 nəfərdə isə yeni yoluxma faktı qeydə alınıb.

Hazırda Türkiyədə 104 min 912 yoluxma halı var.