Türkiyədə koronavirus qurbanlarının sayı 4 mini keçdi

turkiyede-koronavirus-qurbanlarinin-sayi-4-mini-kecdi
Oxunma sayı: 994

Türkiyədə son sutka ərzində daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 4007 nəfər olub. 1635 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb. Yoluxanların ümumi sayı 144 min 749 nəfər olub.

Son 24 saat ərzində 2315 xəstə sağalıb ki, bununla da sağalanların sayı 104 min 30 nəfərə çatıb.