Türkiyədə koronavirus qurbanlarının sayı 75 nəfər artdı

turkiyede-koronavirus-qurbanlarinin-sayi-75-nefer-artdi
Oxunma sayı: 1562

Türkiyədə bu gün daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb.

Bununla da Türkiyədə Covid-19-dan ölənlərin sayı 649-a çatıb. 30 min 217 nəfər isə virusa yoluxub. Sağalanların sayı 284 nəfərdir.