Türkiyədə koronavirusa 2 000-ə yaxın yoluxma qeydə alındı

turkiyede-koronavirusa-2-000-e-yaxin-yoluxma-qeyde-alindi
Oxunma sayı: 1946

Türkiyədə son sutka ərzində 1 983 nəfər koronavirusa yoluxub, 78 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 124 375-yə, ölənlərin sayı isə 3 336-ya yüksəlib.

Bundan əlavə, son sutka ərzində 4 451 pasiyent sağalıb, ümumilikdə - 58 259.